"Neftçi"də yeni təyinatlar

"Neftçi” Futbol Akademiyasına yeni təyinatlar olub.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Anar Vəliyev U-19, Xalid Bayramov isə U-15 komandasında köməkçi-məşqçi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, Vəliyev bu postda Vaqif Paşayevi, Bayramov isə Fərrux İsmayılovun gedişindən sonra U-16-ya baş məşqçi təyin olunmuş Vaqif Əliyevi əvəzləyib.

Paşayev karyerasını "Zirə"də köməkçi-məşqçi, İsmayılov isə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri kimi davam etdirir.