"Neftçi"dən "Səbail"ə keçid rəsmiləşdi
"Neftçi"dən ayrılan Mirabdulla Abbasov "Səbail"ə keçib.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 27 yaşlı hücumçu 2019-cu ildə "Səbail"də icarə əsasında oynayıb.