"Neftçi"nin baş məşqçisi ərəb klublarından dəvət alıb
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf yeni təkliflər alıb.
Sportline.az "Playsport.ro"ya istinadla xəbər verir ki, rumıniyalı mütəxəssis Səudiyyə Ərəbistanı klublarının maraq dairəsindədir.
"Neftçi"də işləri qaydasında getməyən Regekampfın Bakı təmsilçisindən ayrılacağı gözlənilir.
"Ağ-qaralar"la 2024-cü ilin yayına qədər müqaviləsi olan çalışdırıcının mövsümü mükafatsız başa vurması onun gedişinə zəmin yaradıb.