"Neftçi"nin futbolçusu əməliyyat olunacaq
"Neftçi"nin futbolçusu Azər Salahlı əməliyyat olunacaq.
Sportline.az xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində “Rapid” – “Neftçi” matçının ilk hissəsində zədələnərək əvəzlənən Azər Salahlı tibbi müayinədən keçib.
Həkimlərin rəyinə görə, 28 yaşlı müdafiəçi 5-ci ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə əməliyyat olunmalıdır.
Cərrahi əməliyyat yaxın günlərdə həyata keçiriləcək və Salahlı təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.