"Neftçi"nin futbolçusu Vyetnam çempionatında

"Neftçi"nin sabiq futbolçusu Dario Frederikonun yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 30 yaşlı vinger karyerasını Vyetnamda davam etdirəcək.

Braziliyalı oyunçu "Hoşimin" klubu ilə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, Dario Frederiko 2018-ci ildə və 2019/2020 mövsümündə "Neftçi"nin formasını geyinib.

O, Azərbaycanda "Kəpəz" klubunun da şərəfini qoruyub.