"Neftçi"nin iki futbolçusu millidə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçirəcək.

SportLine.az xəbər verir ki, Almaniya və Kosovo yığması ilə "Dalğa Arena”da qarşılaşacaq milli komandamızın heyətinə "Neftçi”nin 2 futbolçusu – Elnur Cəfərov və Anton Krivotsyuk dəvət olunub. Xəbəri klubun saytı yayıb.

Qeyd edək ki, Almaniya ilə oyun noyabrın 9-da, Kosovo ilə görüş isə noyabrın 14-də keçiriləcək.