"Neftçi"nin sabiq baş məşqçisi "Zenit"lə bağlı maraqlı fikirlər səsləndirib

Bu mövsümün ikinci dövrəsindən Neftçiyə rəhbərlik edən və yaşanan uğursuzluqlardan sonra komandadan ayrılan Miodraq Bojoviç Sport24 nəşrinə diqqət çəkən açıqlamalar verib.

Sportline.az xəbər verir ki, 55 yaşlı mütəxəssis müsahibəsində "Serqey Semak bu mövsüm etibarlılığını göstərdi, buna görə də Zenit onunla uzun müddətli müqavilə bağladı. Amma nə fərqi var? Semakla müqavilə 10 il müddətinə də uzadıla bilərdi, lakin "Zenit" çempion olmasa, onu dərhal göndərəcəklər. Onun daha 6 mövsüm komanda qalması onun mövqeyini təmin etmir. Ona görə də ümid edirəm ki, “Zenit” hər il çempion olmayacaq” ifadələrini səsləndirib.

Qeyd edək ki, Rusiyada mövsümü çempion tamamlayan Sankt Peterburq klubu Serqey Semakın müqaviləsini 2029/2030 mövsümünə qədər uzadıb.