'Neftçi"nin sabiq çalışdırıcısı Miodraq Bojoviçin yeni komandası müəyyənləşib

Ötən mövsüm "Neftçi"yə rəhbərlik edən Miodraq Mojoviç karyerasını İranda davam etdirəcək.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 56 yaşlı mütəxəssis 'Esteqlal Xuzestan" komandası ilə razılıq əldə edib.

Müqavilənin detalları hələlik açıqlanmayıb.

Komanda ötən mövsüm İran çempionatında 14-cü pillədə qərarlaşmışdı.

Qeyd edək ki, təcrübəli mütəxəssis daha əvvəl karyerasında bir sıra Rusiya klublarını çalışdırıb.