"Neftçi"nin sabiq futbolçusu Əlcəzair çempionatında

"Neftçi"dən ayrılan futbolçu Prins İbaranın yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, müqavilə ilə Belçika "Berşot"una məxsus konqolu hücumçu Əlcəzairin "Muludia" (MCA) komandasınna icarəyə veriləcək. O, "Berşot"un baş məşqçisi Uilyam Stillin planlarına daxil olmadığı üçün bacarığını başqa ölkədə göstərmək niyyətindədir.

İbara UCM komandasında çıxış etdiyi vaxt 2019-cu ildə Əlcəzair çempionu olub. 25 yaşlı forvard yenidən bu ölkəyə yollanmaq üçün viza və bilet məsələsinin həllini gözlədiyini bildirib: "Əlbəttə, MCA ilə müqavilə bağlayacağam. Artıq klub rəhbərliyi ilə danışmışam, bütün məsələlərdə razılığa gəlmişik. Hələlik dəqiq tarix deyə bilmərəm, danışıqlar davam edir. Yeganə ciddi təmaslarım MCA ilə olub. Digər komandalarıla danışıqlar apardığıma dair xəbərlər isə əsassızdır".

Qeyd edək ki, Prins İbara mövsümün ilk yarısını "Neftçi"də icarə əsasında keçirib. O, 7 oyuna 1 qol vurub.