"Neftçi"nin zədəli futbolçularının son durumu

"Neftçi"nin zədəli futbolçuları Kenni Sayef və Vato Arveladzenin durumu açıqlanıb.

Sportline.az xəbəbr verir ki, burnu sınan israilli yarımmüdafiəçi qoruyucu maska ilə məşqlərə qatıla biləcək. O, "Sumqayıt"la oyundan öncə isinmə hərəkətləri zamanı Emin Mahmudovla toqquşma nəticəsində xəsarət alıb.

Matçın gedişində zədələnən gürcüstanlı hücumçu isə təqribən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. 24 yaşlı forvarda budunun arxa qrup əzələsində kəskin gərilmə diaqnozu qoyulub.

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Banner