Nəsridən pis xəbər

"Mançester Siti"nin fransalı ulduzu Samir Nəsri 3 ay meydanlardan uzaq qalacaq. SportLine.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat verib. Qoltuq dəyənəkləri ilə şəkilni paylaşan Nəsri, "3 ay ərzində daha da güclənəcəyəm və daha möhtəşəm bir oyunla futbola qayıdacağam", - yazıb.

Qeyd edək ki, cari mövsümdə 8 matçda forma geyən Samir Nəsri 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.