Marko Veşoviç: "Nəticəyə görə təəssüflənirik"
“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Avropa Liqasının qrup mərhələsində "Frayburq"la keçirilən görüşlə bağlı fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, monteneqrolu futbolçu Almaniyada keçirilən görüşdən sonra İnstaqram hesabında yazıb:
“Yaxşı performans oldu. Nəticəyə görə təəssüflənirik. İrəliyə baxırıq”.
Xatırladaq ki, Avropa Liqasının G qrupunda keçirilən görüş “Frayburq”un 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın yeganə qolunu Marko Veşoviç vurub.