Neymar 400 milyon avroluq təklifə "yox" dedi
Neymar böyük təklifə baxmayaraq Səudiyyə Ərəbistanında oynamaq istəmir.
Sportline.az “Foot Mercato”ya istinadən xəbər verir ki, Yaxın Şərq klubu PSJ-nin hücumçusuna 400 milyon avro təklif etsə də, braziliyalı bundan imtina edib.
Onu yalnız iki klub maraqlandırır: hazırkı klubu və "Mançester Yunayted".
PSJ maaş xərclərini azaltmaq üçün Neymarı satmağa hazırdır . Həm də klub onun davranışından çox da razı deyil.