Neymarın bu hərəkəti onun PSJ-dən gedişini tezləşdirəcək
PSJ-nin braziliyalı ulduzu Neymar komandanın çempionluğu rəsmiləşdirdiyi gün Monakoda əylənib.
Sportline.az Bild nəşrinə istinadən xəbər verir ki, o, "Red Bull"un dəvəti ilə Formula 1 üzrə Monako qran-prisini izləyənlər arasında olub.
Komanda üzvləri ilə fotolar çəkdirən Neymar PSJ-nin çempionluğunu da olduqca sadə şəkildə təbrik edib. Sosial şəbəkədə "Fransada nömrə 1" yazısı ilə kifayətlənən braziliyalının bu hərəkətləri onun Parisdən tezliklə ayrılacağına növbəti işarə kimi qiymətləndirilib.
Qeyd edək ki, fevralda aldığı zədədən sonra meydana çıxmayan Neymar komandanın oyunlarını tribunadan izləyirdi. Onun çempionluq matçına etinasızlığı onsuz da münasibətləri soyuq olan klub fanatlarını daha da hiddətləndirib.