Nicat Şıxəlizadə: "Avtoş"luq da etmişəm"

Cüdo üzrə Böyük Dəbilqənin gümüş mükafatçısı Nicat Şixəlizadənin Autocity.az-ın suallarını cavablandırıb. Sportline.az həmin müsahibəni təqdim edir...

- Maşınlara həvəsiniz necədir?
- Maşınları sevirəm. İdman üslublu avtomobillərə daha çox üstünlük verirəm. İndiyədək hardasa 8-9 maşın dəyişmişəm.

- Maşınları tez-tez dəyişməyinizin səbəbi nə olub?
- Düzü, ciddi səbəbi olmayıb. Sadəcə, yeniliklərə həvəsim var. Təzə maşınlar haqqında verlişləri izləyirəm.

- Qəzasız yollar yoxdur. Kiçikli-böyüklü hər kəs həyatında bir dəfə də olsun, qəza keçirir. Bəs siz necə?
- Əlbəttə, qəzalar olub. Amma çalışıram ki, daha ehtiyyatlı olum. Qəza gələcəksə, ondan qaçmaq mümkün deyil. Hər şey qismətdən asılıdır. 

- Hansı maşın idarə edirsiniz?
- Hazırda "Lexus F Sport" idarə edirəm və bəyənirəm.

- Yolda nəyi bəyənmirsiniz? 
- Yol hərəkət qaydalarında adamı tıxaclar yorur. Eyni zamanda normal yolda bilə-bilə tıxac yaradan səbrsiz insanların hərəkətləri xoşuma gəlmir.

- Hansı maşın sizin ağlınızı başınızdan alır?
- Ağlımı başımdan alan maşın yoxdur, amma bəyəndiklərim var. Bunlardan ən əsası "Ferrari"dir.

- Heç "avtoş"luq etmisiniz?
- Yol hərəkəti qaydalarını pozmuram, amma gənclik vaxtlarımda etmişəm. O da təbii ki, boş yolda.

- Xanımların maşın idarə etməsi xoşunuza gəlir, yoxsa sizi əsəbiləşdirir?
- Elə xanımlar var ki, bəzi kişilərdən yaxşı maşın idarə edir. Amma işıqforda şəkil və dodaqlarına pomada çəkməsələr, yaxşı olar.