Niderland klubundan millimizin üzvünə təklif

Niderlandın "Telstar" klubu millimizin və "Sabah" klubunun futbolçusu Ozan Can Kökçü ilə maraqlanır.

Sportline.az xəbər verir ki, bu barədə "Report"a paytaxt təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Klub rəsmisi bildirib ki, hər hansı razılıq əldə olunsa, bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Ozan Can Kökçünün ailə üzvləri Niderlandda yaşayır. Onun qardaşı Orkun Kökçü "Feyenord" klubunda çıxış edir.

Ozan Can Kökçü ötən həftə Niderlandda məhdud çərçivədə özünə toy edib.