Niderlandlı keçmiş ulduz futbolçu İngiltərədə klub almaq istəyir

Niderland millisinin keçmiş futbolçusu Dirk Köyt İngiltərə klublarından birinin sahibi olmaq istəyir.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, niderlandlı keçmiş futbolçunun Dennis Berqkamp, Ronald Koeman və Rob Cansinlə birliktə klub sahibi olmaq istədiyi bildirilir.Keçmiş futbolçular hansı klubunun sahibi olacaqlarını hələki açıqlamaq istəmirlər.

Dirk Köytün almaq istədiyi İngiltərə klubuna Henrik Larsson başçılıq edəcək.  

Qeyd edək ki,Dirk Köyt son olaraq "Fənərbağça" klubunun şərəfini qoruyub.