"Nitsa"nın stadionunun ot örtüyü bir ildə ikinci dəfə dəyişdiriləcək
"Nitsa" klubunun ot örtüyü beynaxalq fasilə zamanı bu il ikinci dəfə dəyişdiriləcək.
Sportline.az xəbər verir ki, bu barədə L'Equipe nəşri məlumat yayıb.
Fransa klubunun doğma arenası "Allianz Riviera"nın qazonu sonuncu dəfə ötən mövsümün axırında dəyişdirilib, lakin stadionun ot örtüyü Olimpiya oyunları zamanı göbələk səbəbindən yenidən sıradan çıxıb.
Yeni meydança komandanın sentyabrın 20-də keçirəcəyi növbəti ev oyununa hazır olacaq.