Norveç 2-ci liqasında tarixi "come-back" qeydə alınıb

Ötən gün Norveç 2-ci liqasının 10-cu turunda "Stabek" və "Eqersund" komandaları qarşı qarşıya gəliblər.

Sportline.az xəbər verir ki, görüşün 60-cı dəqiqəsində hesab 4-0 meydan sahibi "Stabek"in xeyrinə idi.

60-cı dəqiqədən sonra rəqib qapısından 5 top keçirərən "Eqersund" möhtəşəm geri dönüşlə qələbə qazanıb.

Yekun hesab:"Stabek" - "Eqersund" 4:5.

Qeyd edək ki, "Eqursund" 18 xalla yarış cədvəlinin 2-ci pilləsindədir. "Stabek" 13 xalla 8-cidir.