Noyer ayın ən yaxşısıdır

"Bavariya"da avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportline.az klubun rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, komandanın qapıçısı Manuel Noyer ən yaxşı seçilib.

Qeyd edək ki, 34 yaşlı qolkiper ötən ay Çempionlar Liqasında 4 oyunun hamısında iştirak edib, 3 qol buraxıb, yarımfinalda və finalda isə qapısını toxunulmaz saxlayıb.