Noyerdən rekord
"Bavariya"nın kapitanı Manuel Noyer yeni rekorda imza atıb.
Sportline.az xəbər verir ki, almaniyalı qolkiperin rekordu Bundesliqanın 3-cü turunda "Herta" ilə görüşdə (5:0) qeydə alınıb.
35 yaşlı qapıçı bu matçla Bundesliqada qol buraxmadığı oyunların sayını 205-ə çatdırıb. Bununla da o, "Bavariya"nın sabiq qapıçısı Oliver Kannın rekordunu (204) qırıb.
Qeyd edək ki, Noyer "Bavariya"da ümumilikdə 437 oyun keçirib və onlardan 213-də qapısını toxunulmaz saxlayıb.