Noyerin ayağı sındığı üçün mövsümü başa vurub

Almaniya millisinin və "Bavariya" klubunun qapıçısı Manuel Noyer mövsümü vaxtından əvvəl baş vurub.

Sportline.az xəbər verir ki, 36 yaşlı qolkiper bu barədə şəxsi instaqram hesabında bildirib.

Təcrübəli oyunçu xizək sürən zamanı ayağının sındığını yazıb. Noyer əməliyyatın yaxşı keçdiyini vurğulayıb.

Qeyd edək ki, Almaniya yığması Qətərdə keçirilən dünya çempionatında E qrupunu 4 xalla üçüncü sırada başa vuraraq turnirlə erkən vidalaşıb.