Nqolo Kante "Əl-Nəsr"ə keçə bilər
Nqolo Kante Kriştiano Ronaldo ilə eyni komandada oynaya bilər.
Sportline.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, yarımmüdafiəçi "Çelsi"də qalmaq istəyir. Lakin yeni müqavilə ilə bağlı danışıqlar hələ də son mərhələyə keçmir, mart ayından bəri heç bir irəliləyiş yoxdur.
Səudiyyə Ərəbistanının iki klubu bundan yararlanmaq istəyir: “Əl-İttihad” və “Əl-Nəsr”. Bildirilib ki, birinci komanda artıq Londona nümayəndələr göndərməyi planlaşdırır.
Premyer Liqada 2022/23 mövsümündə yarımmüdafiəçi 7 oyun keçirib və 1 məhsuldar ötürmə edib.