Nunyezin yeni dayanacağı İstanbul ola bilər
"Əl-Hilal"ın forvardı Darvin Nunyezin yeni dayanacağı Türkiyə Superliqası ola bilər.
Sportline.az xəbər verir ki, "Beşiktaş" uruqvaylı futbolçunu rənglərinə bağlamaq istəyir.
Bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.
Qeyd edək ki, D.Nunyezin dəyəri 20 milyon avrodur.