Nuri Şahin Rusiya klubunun təklifini rədd edib

Türkiyənin "Başakşehir" komandasının baş məşqçisi Nuri Şahin Rusiyanın "Dinamo Moskva" klubunun təklifini rədd edib.

Sportline.az xəbər verir ki, tərəflər danışıqlar aparsa da, razılıq əldə edə bilməyiblər.

Nuri Şahin "Başakşehir"də qalmağa üstünlük verib.

Bu haqda "Fanatik" nəşri məlumat yayıb.

Qeyd edək ki, "Dinamo Moskva"nın məşqçisi Valeri Karpin postundan istefa verib.