Nurlan Novruzov: "Məqsədim oynamaq və formamı daha yaxşı bərpa etmək idi"
Litva 1-ci Liqasında mübarizə aparan "Yonava"da çıxış edən azərbaycanlı yarımmüdafiəçi Nurlan Novruzov növbəti qolunu vurub.
Novruzov təəssüratlarını Sportline.az saytı ilə bölüşüb:
"İlk qolumu kubokda vurmuşdum. Ümumilikdə 6 oyun keçirmişəm, 2 qol, 2 asisstlə yadda qalmışam. Üstəlik 2 dəfə də komandama penalti qazandırmışam. Burada mən yarımmüdafiə xəttində çıxış edirəm. Nədənsə, hücumçu kimi yadda qalmışam. 5 ildir ki, artıq ölkə xaricində oynayıram, ya yarımmüdafiənin cinahında, ya da ortada çıxış edirəm. Amma yenə də qollarımı vurub, məhsuldar ötürmələrimi etməyi bacarıram. Buraya gəlməkdə məqsədim oynamaq və formamı daha yaxşı bərpa etmək idi. Şükürlər olsun ki, hər şey qaydasındadır".