Nurmaqomedov məşqləri bərpa etdi

Məşhur MMA döyüşçüsü Umar Nurmaqomedov məşqləri bərpa edib.

Sportline.az xəbər verir ki, dağıstanlı idmançı əlindəki zədəsininin tam sağalmamasına rəğmən məşqə başlayıb.

O sosial şəbəkə hesabındakı yeni fotosunu "Fanatizmsiz və zərbəsiz zədəli əllə" yazısı ilə paylaşıb.

Qeyd edək ki, Nurmaqomedov yanvarın 19-da Merab Dvalişviliylə döyüşdə əlini zədələmişdi. 

29 yaşlı idmançı keçirdiyi 19 döyüşdən 18-də qələbə qazanıb, 1-də məğlub olub.