Nurməhəmmədov dilə gəldi

Yüngül çəkidə Bellator çempionu Usman Nurməhəmmədov (17-0) bloger Danya Miloxinin "Madonna Moore"un "YouTube" kanalına verdiyi müsahibədə Həbibin qardaşı ilə döyüşmək istədiyini söyləməsinə münasibət bildirib.

Sportline.az xəbər verir ki, Usman bu barədə soyuqqanlı danışıb.

“Bir yerdə bir neçə video gördüm. Bu ağ saçlı olandır, elə deyilmi? Qulaq asın, mən buna nə cavab verəcəyimi də bilmirəm. Həbibin iki qardaşı var, ikisi də məğlub olmayıb: birinin 16, digərinin 17-0. Bilmirəm kimi seçmək istəyir, qoy kimisə seçsin, təşkilata gəlsin, bu yeri qazansın, sonra danışarıq”.

Usman Nurməhəmmədov oktyabrın 7-də ABŞ-nin San Dieqo şəhərində "Bellator 300"də Brent Primusla (12-3) döyüşəcək.