"Nürnberq"in baş məşqçisi: "Mahir Emreli komanda yoldaşına kobudluq etməyib"
Almaniyanın "Nürnberq" klubunun baş məqşçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin məşqdə komanda yoldaşına kobudluq etməsi ilə bağlı iddalara münasibət bildirib.
Sportline.az xəbər verir ki, mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran mütəxəssis yazılanları təkzib edib.
Kloze yaşananlar haqqında bunları söyləyib:
"Mən məşq meydanında idim. Belə hadisə olmayıb. O, ikili mübarizələrdə aqressiv idi. Lakin bunu ondan biz istəmişik. Mahir idman zalında fərdi çalışmalı olduğu üçün məşqi erkən tərk etmişdi".
Qeyd edək ki, Mahir Emreli ötən ilin yayında II Bundesliqa klubuna keçib.