"Nyukasl" "Barselona"nın futbolçusunu istəyir
"Nyukasl" "Barselona"nın futbolçusu Rafinyanın xidmətində maraqlıdır.
Sportline.az "Jijantes FC"yə istinadla xəbər verir ki, ingiltərəlilər 26 yaşlı braziliyalı üçün 30 milyon avro və yarımmüdafiəçi Bruno Gimaraynsdan keçməyə hazırdırlar.
Rafinya 2022/2023 mövsümündə meydana çıxdığı 50 oyunda 10 qol və 12 asistlə yadda qalıb.
Qeyd edək ki, braziliyalı futbolçu 2022-ci ildən "Barselona"nın formasını geyinir.