"Nyukasl"da ayrılıq yaşana bilər

"Nyukasl Yunayted" ingiltərəli qapıçısı Nik Popu satmaq qərarına gəlib.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Nik Pop üçün 25 milyon avro tələb edir.

32 yaşlı kiperin "Nyukasl"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, N.Pop bu mövsüm 20 rəsmi matçda iştirak edib. Qapısında 29 top görüb.