"Nyukasl"dan yeni transfer həmləsi

"Nyukasl" "Bormunt"un ingiltərəli futbolçusu Antonio Semenyo üçün hərəkətə keçib.

Sportline.az "Talk Sport"a istinadən xəbər verir ki, Semenyo üçün "Nyukasl" qarşı tərəfə 35 milyon avro ödəməyə hazırdır.

25 yaşlı futbolçunun "Bormunt"la müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, Semenyo bu mövsüm çıxış etdiyi 27 matçda 9 qol və 5 asistlə yadda qalıb.