"Nyukasl"ın gözü "Liverpul"un futbolçusuna düşüb

"Nyukasl Yunayted" "Liverpul"un uruqvaylı futbolçusu Darvin Nunyesi transfer siyahısına əlavə edib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Nunyes üçün 65 milyon avro tələb edir.

25 yaşlı futbolçu 2022-ci ildən "Liverpul"un şərəfini qoruyur.

Qeyd edək ki, Nunyes cari mövsüm çıxış etdiyi 34 matçda 6 qol və 5 asistlə yadda qalıb.