"Nyukasl"ın yeni hədəfi

"Nyukasl" "İnter"in yarımmüdafiəçisi Nikolo Barellanı transfer etmək üzərində işləyir.

Sportline.az "The Telegraph"a istinadən xəbər verir ki, klub son bir neçə gün ərzində italyan futbolçunun transferi ilə bağlı fəal danışıqlar aparır. "Nyukasl"ın təxminən 50 milyon funt sterlinq ödəməyə hazır olduğu bildirilir.

Köçürmə baş verərsə, Barella "Nyukasl"ın ən çox qazanan oyunçusu olacaq.