Okan Buruk Fransa klubunun gündəmində
“Qalatasaray”ı rekord xalla çempion edən baş məşqçi Okan Burukla bağlı surpriz bir iddia ortaya atılıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Marsel"in baş məşqçi postuna iki namizəddən biri Okan Burukdur.
Liqa 1 təmsilçisinin əsas hədəfi isə "Porto"nun çalışdırıcısı Serxio Konseysaudur.
Portuqaliyalı mütəxəssislə razılıq əldə olunmayacağı təqdirdə "Marsel" Okan Buruk üçün "Qalatasaray"ın qapısın döyəcək.
Qeyd edək ki, türkiyəli baş məşqçinin adı daha əvvəl İtaliya klubları ilə hallanmışdı.