"Oklahoma Siti" ümumi seriyada önə keçib

Milli Basketbol Assosiasiyasında (NBA) final oyunları davam edir. 

Sportline.az xəbər verir ki, “Oklahoma Siti Tander” finalın 5-ci oyununda “Paykom Senter”da “İndiana Peysers”lə qarşılaşıb.

İlk period “Oklahoma”nın üstünlüyü ilə başa çatıb. 32:22. Böyük fasiləyə də “Oklahoma” öndə yollanıb.

Fasilədən sonra inamlı oyun nümayiş etdirən Mark Daynneault komandası yekunda 120:109 hesabı ilə qələbə qazanıb.

Matçın ən məhsuldar basketbolçusu Celen Villiams olub. 40 xal 6 ribaund 4 asist.

“İndiana Peysers”də isə ən yaxşı nəticəni Paskal Siakam göstərib. 28 xal 6 ribaund 5 asist.