Oktyabrın ən yaxşısı seçildi
"Bavariya"nın oktyabr ayında ən yaxşı futbolçusu seçilib.
Sportline.az xəbər verir ki, bu ada komandanın forvardı Harri Keyn layiq görülüb.
İngiltərəli hücumçu respondentlərin 48 faiz səsini toplayıb.
O, ən yaxın rəqibləri Leroy Sane (20 faiz) ilə Sven Ulrayxı (11 faiz) qabaqlayıb.
Qeyd edək ki, Keyn oktyabr ayında meydana çıxdığı 5 qarşılaşmada 8 qol vurub.