Olimpiada zamanı 511 yoluxma olub

Tokio-2020 Yay Olimpiya Oyunları zamanı koronavirusa ümumilikdə 511 yoluxma halı aşkarlanıb.

Sportline.az xəbər verir ki, bu barədə Təşkilat Komitəsinin rəsmi saytındakı hesabatda bildirilib.

Son 24 saat ərzində daha 25 nəfərin analiz nəticəsi müsbət çıxıb. Yoluxma sayındakı antirekord avqustun 5-də qeydə alınıb - 31 nəfər.

Qeyd edək ki, Tokio olimpiadası zamanı 650 000-dən çox test yoxlaması aparılıb. Onların cəmi 0,02 faizi müsbət olub.