"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

Yunanıstanın "Olimpiakos" klubu yeni transferi Marselonu UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üşün sifariş edib.

Sportline.az "Sport24.gr" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə yanaşı digər yeni futbolçular - Pep Biel, Panayotis Retsos, Hvan Uy Co və Coş Boulerin adı "25-liy"ə salınıb.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. G qrupunda həmçinin Almaniyanın "Frayburq" və Fransanın "Nant" komandaları da mübarizə aparacaq.