"Olimpiakos" "Qarabağ" qarşısına bu heyətlə çıxacaq
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Olimpiakos”un iştirak ərizəsi açıqlanıb.
Sportline.az xəbər verir ki, baş məşqçi Karlos Korberan qrup mərhələsində 30 futbolçuya güvənəcək:
Qapıçılar: 1. Tomaş Vaçlik (Çexiya), 88. Kostas Tzolakis, 99. Atanasios-Teoloqos Papadudis;
Müdafiəçilər: 2. Şime Vrsaliko (Xorvatiya). 14. Tanasis Androtsos, 23. Leonardo Kutris, 24. Usseynu Ba, 66. Pape Abu Sisse (hər ikisi Seneqal), 26. Qonzalo Avila (İspaniya), 44. Kostas Manolas, 45. Oleq Ryabçuk (Moldova), 75. Fotios Kitsos;
Yarımmüdafiəçilər: 5. Andreas Buxalakis, 6. Yann Mvila, 28. Metyu Valbuena (hər ikisi Fransa), 8. Pyerr Kunde (Kamerun), 10. Filip Zinkernaqel (Danimarka), 22. Aqibu Kamara (Qvineya), 33. İnbeom Hvan (Cənubi Koreya), 55. Xristos Liatsos, 74. Andreas-Rixardos Ntoi, 92. Yannis Karakutis;
Hücumçular: 9. Ahmed Hassan (Misir), 11. Yussef El-Arabi (Mərakeş), 17. Marius Vrusay, 19. Giorqos Masuras, 30. Konrad De La Fuente (ABŞ), 60. Anastasios-Andreas Tselios, 77. Qarri Rodriges (Niderland), 97. Lazar Randyeloviç (Serbiya);
Baş məşqçi: Karlos Korberan (İspaniya).
Qeyd edək ki, “Olimpiakos” G qrupunda ilk oyununu sentyabrın 8-də səfərdə “Nant”a qarşı keçirəcək. “Qarabağ” isə həmin gün Almaniyada “Frayburq”la qarşılaşacaq.