Olimpiya çempionu Bakıya gəlir

Sloveniyalı Olimpiya çempionu Tina Trstenyak Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək.

Sportline.az xəbər verir ki, Rio 2016-nın qızıl, Tokio 2020-nin bürünc mükafatçısının adı turnir üçün sifariş olunan cüdoçuların sırasında yer alıb.

63 kiloqram çəki dərəcəsində yer alan 31 yaşlı dünya və üçqat Avropa çempionu ilə birgə Sloveniyanın 13 cüdoçusunun paytaxtımızda çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, Bakı "Böyük Dəbilqə" yarışı noyabrın 5-dən 7-dək baş tutacaq.