Olimpiya çempionumuzdan bürünc medal

Azərbaycanın yeniyetmə cüdoçusu Vüqar Talıbov Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

Sportline.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı İtaliya təmsilçisi Luici Sentraççio ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən azərbaycanlı olimpiya çempionu bürünc medal qazanıb.

Daha öncə Kamran Süleymanov 60 kq çəkidə gümüş medala sahib olub.

Qeyd edək ki, Vüqar Talıbov 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibidir.