Olise "Real Madrid"i istəyir

"Bavariya"nın ulduzu Madrid klubuna keçməyi xəyal edir, amma Almaniya klubu onu satmaq niyyətində deyil.

Sportline.az xəbər verir ki, Fransanın "L'Équipe" nəşrinin məlumatına görə, futbolçu 2026-cı il Dünya çempionatı zamanı Fransa millisindəki komanda yoldaşları Kilian Mbappe və Orelen Çuameni ilə dəfələrlə Madrid klubu haqqında müzakirə aparıb.

Olisenin bu yay “Real”a transferini tamamlamaq istədiyi bildirilir. Bu arada, “Bavariya” əvvəllər əsas oyunçularından biri ilə ayrılmaq niyyətində olmadığını açıqlayıb.

Bundan əlavə, Madrid klubu rəsmi olaraq hazırda fransız yarımmüdafiəçi üçün mümkün transfer danışıqları aparmadığını bildirib.

Banner