Ölkə çempionunun büdcəsi açıqlandı

"Bavariya" yay transfer pəncərəsi üçün büdcəsini açıqlayıb.

Sportline.az "Sport Bild"ə istinadla xəbər verir ki, Münhen klubunun rəhbərliyi yeni futbolçuların keçidinə 150 milyon avro xərcləməyə hazırdır.

Baş məşqçi Tomas Tuhel mərkəz hücumçusu və dayaq yarımmüdafiəçisinə ehtiyac duyulduğunu bildirib. 

Qeyd edək ki, "Bavariya" ötən yay transferlərə 140 milyon avro ödəmişdi.