Ölkə çempionunun qış transfer hədəfləri bilindi

Almaniya çempionu "Bavariya"nın qış transfer hədəfləri açıqlanıb.

Sportline.az Kicker nəşrinə istinadla xəbər verir ki, münhenlilər heyəti sağ cinah müdafiəçisi və dayaq yarımmüdafiəçisi ilə gücləndirmək niyyətindədirlər.

Baş məşqçi Tomas Tuxel bununla bağlı rəhbərliyi məlumatlandırıb.

Hələlik konkret futbolçu adı çəkilmir. 

Qeyd edək ki, Tuxel açıqlamalarında komandada keyfiyyətli müdafiəçilərə ehtiyac duyulduğunu bildirmişdi. 

Hazırda "Bavariya" 13 xalla turnir cədvəlinin lideridir.