Ölkə kubokunda finalçı məlumdur

"Leyptsiq" Almaniya kubokunda finala çıxıb.

Sportline.az xəbər verir ki, komanda yarımfinalda "Frayburq"a 5:1 hesabı ilə qalib gələrək buna nail olub.

"Frayburq" - "Leyptsiq" - 1:5
Qollar
: Olma, 13 (0:1), Henriks, 14 (0:2), Szobozlai, 37 (0:3), Nkunku, 45+1 (0:4), Qriqorits, 75 (1:4), Szoboszlai, 90+8-pen. (1:5)
Qırmızı vərəqə: Qvardiol, 58 ("Leyptsiq")

"Leyptsiq" finalda "Ştutqart" - "Ayntraxt" cütünün qalibi ilə qarşılaşacaq.