Ölkəmizdə beynəlxalq tennis turniri keçirilir

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatmaq üzrədir.

Sportline.az xəbər verir ki, hər il ənənəvi olaraq təşkil edilən yarışda bu dəfə 17 ölkənin idmançıları mübarizə aparıblar. Yerli tennisçilərlə yanaşı turnirdə Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya, Ukrayna, Belarus, Qazaxıstan, Rumıniya və digər ölkələrdən olan idmançılar çıxış ediblər. Turnirdə ümumilikdə 34 oğlan və 24 qız mübarizə aparıb. Bu dəfə 12 yaşlı tennisçilər fəxri mükafatlar uğrunda yarışıblar.

Qeyd edək ki, sözügedən turnir növbəti həftə başa çatacaq.