On səkkiz yaşlı boksçu məşqdə aldığı zərbələrə görə vəfat edib
Nigeriyalı peşəkar boksçu Mirakl Amaeze dünyasını dəyişib.
Sportline.az The Sun nəşrinə istinadən xəbər verir ki, 18 yaşında döyüşçü sparrinqdən sonra qəflətən vəfat edib.
Amaeze iki dəfə nokdaundan sonra yerə yıxılıb və ona ilkin tibbi yardım göstərilib. Laqosdakı xəstəxanaya çatdırılan boksçunun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Mirakl Amaeze peşəkar boksda iki döyüş keçirib və hər birində nokautla qalib gəlib.