"Ordu" və "Neftçi" qələbə qazanıb
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun iki matçı keçirilib.
Sportline.az xəbər verir ki, əvvəlcə "Ordu" "Azərreyl" üzərində 3:1 (23:25, 25:23, 26:24, 25:19) hesablı qələbə qazanıb.
Ardınca isə "Neftçi" "Xilasedici" kollektivindən güclü olub - 3:0 (25:21, 25:23, 25:22).
Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutub.
Qeyd edək ki, tura noyabrın 28-də yekun vurulacaq.