Osimhenin transfer şərti açıqlandı

"Qalatasaray"da icarə əsasında oynayan Viktor Osimhenin transfer şərtləri açıqlanıb.

Sportline.az xəbər verir ki, Transfermarkt portalında dəyəri 75 milyon avro kimi göstərilən nigeriyalı forvard şəxsi müqaviləsi üçün 11-12 milyon avro tələbində bulunmaqdadır.

Bu haqda məşhur jurnalist Fabrisio Romano "Viva el Futbol"un canlı yayımında məlumat verib.

O, 26 yaşlı hücumçunun yalnız bu şərtlə "Napoli"dən transfer olunmasına razılıq verəcəyini bildirib. 

Qeyd edək ki, Osimhen cari mövsümün əvvəlindən icarə əsasında "Qalatasaray"ın formasını geyinir.